Magistral yolda geriyə hərəkət edən maşın "Prado" ilə toqquşdu
![Magistral yolda geriyə hərəkət edən maşın "Prado" ilə toqquşdu](https://polemika.az/uploads/images/202410/image_870x_670fb66b358cb.webp)
Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Ajans.az-a bildirilib ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu, Kənar Dairəvi yolda baş verib. Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaransa da, polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətinin təmin edilməsi üçün işlər görülüb.
Müşahidələr göstərir ki, bu kimi hadisələr nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi Zığ dairəsi-Hava Limanı yolunda, Heydər Əliyev və Ziya Bünyadov prospektlərində də baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, “Yol hərəkəti haqqında” Qanunun 43-cü maddəsinə əsasən avtomagistrallarda nəqliyyat vasitələrinin geriyə hərəkət etməsi qadağandır.
What's Your Reaction?
![like](https://polemika.az/assets/img/reactions/like.png)
![dislike](https://polemika.az/assets/img/reactions/dislike.png)
![love](https://polemika.az/assets/img/reactions/love.png)
![funny](https://polemika.az/assets/img/reactions/funny.png)
![angry](https://polemika.az/assets/img/reactions/angry.png)
![sad](https://polemika.az/assets/img/reactions/sad.png)
![wow](https://polemika.az/assets/img/reactions/wow.png)