Dünyada daha bir YENİLİK: Valyuta növü yaranacaq - Azərbaycan dollardan imtina edir
BRİKS ölkələrinin ticarət dövriyyəsinin çox böyük hissəsi dollardan başqa hansısa valyutaya keçəcək. Bunu Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov deyib. O, bildirib ki, daxili hesablaşma sisteminin hazırlanması buna səbəb ola bilər.
Nümunə kimi o, belə bir valyutanın şərti olaraq "The Unit" adlandığı Qərb nəşrində məlumatı göstərib. O, deyib ki, BRİKS üçün bu yeni fenomen dolları alternativ olmayan valyuta kimi qəbul edən Qərbdə böyük narahatlıq yaradacaq.
Qərb nəşrlərindən birində deyilir ki, bu yeni məzənnənin adı "The Unitdir" və məhz bu “vahid” dolların əhatə dairəsini daraldacaq müəyyən amilə çevrilə bilər. Dolları təbii olaraq alternativ olmayan valyuta kimi qəbul edən Qərb alyansı üçün böyük narahatlığa səbəb olan da məhz budur”, - senator bildirib.
Məsələ ilə bağlı danışan iqtisadçı Akif Nəsirli Ajans.az-a bildirib ki, BRİKS ölkələrinin yaranmasının səbəbi hazırkı dünyanın siyasi sisteminin ədalətsizliyinin qurbanı olan ölkələr üçün alternativ bir idarəetmə mərkəzi yaratmaqdır:
“Əlbəttə, onlar çalışırlar ki, ümumi valyutanın təsis edilməsi, ümüumi bankın yaradılması, BMT-yə alternativ beynəlxalq siyasi qurumun və NATO-ya alternativ bir güc mərkəzinin yaradılması planlaşdırılır. BRİKS zatən digər böyük qurumların ədalətsizliyindən uzaqlaşaraq yaradılmış bir təşkilatdır. Bu gün Amerika istədiyi dövləti, istədiyi şəkildə cəzalandırır. Çünki BMT onların özünündür və digər böyük beynəlxalq təşkilatlara da o nəzarət edir. BRİKS-in yaradılmasından sonra alternativ bir valyuta da yaranacaqsa, Azərbaycan da dollarla olan əməliyyatları dayandıra bilər”.
İqtisadçı qeyd edib ki, hansı dövlət üçün BRİKS-in valyutası səmərəli olarsa, o həmin valyutadan istifadə edəcək. Onun sözlərinə görə, vaxtilə Avro yarananda dolların sıradan çıxacağı bildirildi, amma belə olmadı:
“Dünyanın digər yarımkürəsindəki insanlar BRİKS-in yaratdığı ümumi valyuta ilə ticarət edə bilər. Alternativlərin yaranması dolların dünyada mövqeyinin zəifləməsinə və onun hökmranlığının azalmasına gətirib çıxaracaq. Dollara alternativ yaratmaq əslində dünyanın xeyrinədir. Hazırda bütün dünya iqtisadiyyatı dollara tabedir. Bu isə Amerikanın həddini aşmasına səbəb olur. Çin artıq iqtisadi inkişaf baxımından Amerikaya çatır. Hətta bəzi məsələlərdə onu üstələyir”.
Akif Nəsirli əlavə edib ki, dünyada valyutanın iki əsas əlaməti var. Biri onun qiymətidir, digəri isə onun yayılma arealıdır. İkinci göstərici daha önəmlidir. ABŞ dollar isə hər iki parametirinə görə dünyada rəğbət qazanıb. Amma BRİKS-in ümumi valyutasının yaradılması çox təqdirəlayiq bir haldır.
What's Your Reaction?