“Bu, dünyanın ən əxlaqsız, ən mənəviyyatsız, ədalətsiz və zalım...” – Əkrəm Əylisli

“Bu, dünyanın ən əxlaqsız, ən mənəviyyatsız, ədalətsiz və zalım...” – Əkrəm Əylisli

“Bu, dünyanın ən əxlaqsız, ən mənəviyyatsız, ədalətsiz və zalım...” – Əkrəm Əylisli

“Ukraynalılarla ruslar arasında gedən müharibə dünyanın ən əxlaqsız, ən mənəviyyatsız, ədalətsiz, zalım müharibəsidir...”

Bu sözləri Polemika.az-a yazıçı Əkrəm Əylisli deyib. Rusiya-Ukrayna arasında gedən müharibədən danışan Əylisli Rusiyanın patriotizm ideologiyası üzərində qurulmağa çalışdığını bildirib:

“Mən hər hansı bir xalqın digərinə düşmən olmağını heç vaxt istəməmişəm. Bu, məlum məsələdir. Heç kəs yəqin ki, bunu istəməz. 

Ukraynalılarla ruslar arasında gedən müharibə dünyanın ən əxlaqsız, ən mənəviyyatsız, ədalətsiz, zalım müharibəsidir. Bu müharibəni dünya araşdırır, amma heç bir nəticəyə gələ bilmir. 

Bilirsiniz, Rusiyada Putin ideologiyanı patriotizm üstündə qurmağa çalışır. Patriotizm ideyasını Rusiyanın bugünkü ideologiyasının baş xətti kimi götürdülər və inanın mənə,  bu heç vaxt yaxşı nəticə vermir. 

Ən böyük patriot Adolf Hitler olub. Bilmirəm buna inanırsınız, ya yox, amma elə olub. O, çox patriot olub, Almaniyanı az vaxtda qaldırıb, insanlar üçün yaşayış səviyyəsini yaxşı edib. Almaniyada həqiqətən firavan həyat yaratmışdı, amma eyni zamanda Hitlerin göstərişi ilə kitablar yandırılmışdı. Və Hitler patriotizminin süqutu dünyaya dərs olmalı idi. Amma heyif ki, bu dərs olmadı”.

Yazıçı qeyd edib ki, patriotizm üzərində müharibə aparılsa da, bu şəkildə sivil ölkə qurmaq mümkün deyil:  

“Patriotizmlə müharibə aparmaq olar, amma patriotizm üzərində sivil ölkə yaratmaq mümkün deyil. Bu mənim əqidəmdir. Gərək hər şeyə bəşəri, insani tərəfdən baxasan. 

İndi Ukraynada nə qədər körpələr, analar ağlar qalıb, görün, orada nə qədər zülmlər törədiblər. Bunun nəticəsi nə olacaq? O insanların gözyaşını kim saxlaya biləcək? Nə vaxt bu gözyaşları dayanacaq?

Mən düşünürəm ki, bu müharibə imkan daxilində tez və ədalətlə bitməlidir”.

Əsmətxanım RZAZADƏ  

“Bu, dünyanın ən əxlaqsız, ən mənəviyyatsız, ədalətsiz və zalım...” – Əkrəm Əylisli