Birinci Qarabağ müharibəsinin qurbanları: İrəvan kütləvi məzarlıqların yerini deməkdə niyə t

Birinci Qarabağ müharibəsinin qurbanları:

Birinci Qarabağ müharibəsinin qurbanları: İrəvan kütləvi məzarlıqların yerini deməkdə niyə t

"Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, bununla bağlı konkret koordinatların verilməsi məsələsi ötən həftə Avropa İttifaqı Şurası, Fransa və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda görüşdə əsas müzakirə mövzularından biri olub".

Bu sözləri Polemika.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O, Ermənistan tərəfinin öz üzərinə götürdüyü, lakin yerinə yetirmədiyi öhdəliklərdən söz açaraq deyib:

"Üstəlik, yekun olaraq qəbul edilən bəyanatda da analoji niyyət ifadə olunub. Əlbəttə, Prezident İlham Əliyevin bu təşəbbüs və səyləri Ermənistanı fakt qarşısında qoyub, rəsmi İrəvan geriyə addım atmağa macal tapmayıb. Lakin, aydındır ki, əgər söhbət ermənilərdən gedirsə, vədlər ciddilik daşımır və dövlətçilik ideologiyası terrorçuluq olan Ermənistan üçün mənəvi-hüquqi dəyəri yoxdur.

Üstəlik, 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsindən söz açılırsa, bu o deməkdir ki, artıq söhbət yalnız Ermənistanın mənəvi məsuliyyətindən getmir, İrəvan həm də cinayət məsuliyyətini etiraf etmiş olur".

Millət vəkili kütləvi məzarlıqlar mövzusunu da toxunub:

"İllərdir davam edən etnik düşmənçilik ideologiyası, Ermənistanda türkün ölüsünə də,dirisi qədər nifrət ruhunda yetişən bir toplumun mövcudluğu şəraitində kütləvi məzarlıqların etirafı sadə məsələ olmayacaq. Lakin yaxın il yarımlıq period göstərib ki, Prezident Əliyev diplomatiyada istədiyinə artıqlaması ilə nail olmağı bacaran liderdir və bu mənada heç şübhəsiz İrəvanın yayınma cəhdlərinə baxmayaraq, kütləvi məzarlıqların koordinatlarını alacağıq.

Digər tərəfdən, böyük ehtimalla bu məzarlıqlar məhz zamanında işğalda saxlanan ərazilərimizdədir və Nikol Paşinyan da başa düşür ki, Azərbaycan tərəfi müəyyən zaman çəksə də, ən müasir vasitələrdən yararlanaraq onsuz da bu məzarlıqları aşkarlayacaq. Necə ki, İrəvan mina xəritələrini gecikdirməklə, yaxud, faydasız xəritələrlə bizə mane ola bilmədi, eləcə də bu məsələdə İrəvan nəyəsə nail ola bilməyəcək. Yəni Ermənistan Azərbaycanı maksimum bir neçə il ləngidə bilər. Lakin unutmayaq ki, xüsusi xidmət orqanlarımız var, aidiyyatı digər strukturlar da fəaliyyətdədir və onsuz da bu yerlər tərəfimizdən aşkarlanacaq", - deyə müsahibimiz fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

 

Birinci Qarabağ müharibəsinin qurbanları: İrəvan kütləvi məzarlıqların yerini deməkdə niyə t