Baş redaktor: "Qazaxıstandakı hadisələrin arxasında Rusiya xüsusi xidmət orqanları dayanır"

Baş redaktor: "Qazaxıstandakı hadisələrin arxasında Rusiya xüsusi xidmət orqanları dayanır"

Baş redaktor: "Qazaxıstandakı hadisələrin arxasında Rusiya xüsusi xidmət orqanları dayanır"

"Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanla bağlı məsələlərdə yalnız ona tapşırılan vəzifəni yerinə yetirib. Heç bir mühüm qərar verməyib".

Polemika.az xəbər verir ki, bunu Ermənistanın "Politik.am" saytının redaktoru Boris Murazi deyib.

Redaktorun sözlərinə görə, Qazaxıstanda faktiki olaraq Paşinyan heç bir şəkildə təsir edə bilməyən mühüm geosiyasi proseslər gedir:

“Hətta erməni sülhməramlılarının göndərilməsi ilə bağlı qərarı da, əminəm ki, o, verməyib. Hamımız reallıqda kimin qərar verdiyini mükəmməl başa düşürük".

Xəbər saytının redaktoru bilavasitə Qazaxıstanda baş verən hadisələrdən danışıb:

"İğtişaşların yatırılmasından sonra Mərkəzi Asiya respublikasının çox güman ki, Belarusun yolu ilə gedəcək və Rusiya ilə hərbi əməliyyatların genişləndirilməsi haqqında Birlik Dövləti müqaviləsi imzalayacaq".

Boris Murazi əmindir ki, Qazaxıstanda baş verən hadisələr təsadüfi deyil:

“Məncə, bu, Rusiya tərəfindən yumşaq gücdən istifadənin yeni üsuludur, ardınca isə hərbi müdaxilədir. Bu üsul onlara göstərilən bölgəyə nəzarəti ələ keçirməyə imkan verəcək və təxminlərimə görə, prinsipcə baş verməli olan nəsə baş verib. Bir sözlə, bu, Rusiya xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatdır. Bu, pantürkizm ideologiyasına sadiq qalan respublikanın eks-prezidenti Nursultan Nazarbayevi sıradan çıxarmaq məqsədi daşıyıb.

“Ruslar, heç olmasa, iğtişaşların, mümkünsə, şəhərdən kənara çıxmamasına və ölkənin digər bölgələrinə yayılmamasına çalışdılar. Etiraz hisslərini lokallaşdırmağa çalışdılar. Yəqin ki, buna görə də ən şiddətli toqquşmalar Almatıda baş verib”.

Baş redaktor: "Qazaxıstandakı hadisələrin arxasında Rusiya xüsusi xidmət orqanları dayanır"