"Barsa"da daha 2 futbolçunun COVID testi müsbət çıxdı
"Barsa"da daha 2 futbolçunun COVID testi müsbət çıxdı
"Barselona"nın daha 2 futbolçusunda koronavirus aşkarlanıb.
Polemika.az xəbər verir ki, bu haqda məlumatı klubun rəsmi saytı yayıb.
Pedri və yeni transfer Ferran Torresin Covid-19 testi müsbət çıxıb. Onların karantinə alınıb.
21 yaşlı Torres bu ay "Mançester Siti"dən 55 milyon avroya "Barselona"ya tranasfer olunub.
Xatırladaq ki, bundan əvvəl Kataloniya təmsilçisində 10 futbolçu koronavirusa yoluxmuşdu.