Bakıda yataqxanada yanğın: Xəsarət alanlar var

Bakıda yataqxanada yanğın:

Bakıda yataqxanada yanğın: Xəsarət alanlar var

Bakıda beşmərtəbəli yataqxana binasında yanğın hadisəsi qeydə alınıb.

Polemika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Yasamal rayonunda yaşayış olmayan beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin bir otağında taxta qırıntıları 1 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda yataqxanada yanğın: Xəsarət alanlar var