Bakıda Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkildi - Fotolar

Bakıda Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkildi

Bakıda Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkildi - Fotolar

Xalqımızın qan yaddaşı, dinc insanlara qarşı erməni millətçilərinin törətdiyi ən qanlı və faciəvi soyqırım hadisəsi olan Xocalı  faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən   paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə qurumun əməkdaşları və struktur bölmələrin işçilərinin iştirakı ilə  növbəti iməclik təşkil edilib.  

İməcliyin keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada 613 ədəd yeni, əsas etibarı ilə Eldar şamı, kiparis və digər ağaclar əkildi.

Keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. İməclikdə əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, ərazi üzrə cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin  yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulub.

 

Bakıda Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkildi - Fotolar