Bakıda parkın ortasında üstüaçıq dərin quyu tapıldı - Fotolar

Bakıda parkın ortasında üstüaçıq dərin quyu tapıldı - Fotolar

Bakıda parkın ortasında üstüaçıq dərin quyu tapıldı - Fotolar

Bakıda, zooparkın yanında yerləşən Dədə Qorqud parkında üstü açılmış dərin quyu aşkar edilib.

Polemika.az xəbər verir ki, bu barədə şəhər sakinlərindən biri sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, dəlik içərisinə asanlıqla bir uşağın düşə biləcəyi qədər genişdir. Paylaşımın müəllifi, həmçinin sözügedən dəliyin fotosunu da yerləşdirib.

“Dəlik bir neçə metr dərinliyə malikdir. İçərisində su var. Görünür, bu, yeraltı su anbarıdır. Havalandırma başlığı, ehtimal ki, çoxdan götürülüb”, - deyə sosial şəbəkə istifadəçisi qeyd edib.

 

Bakıda parkın ortasında üstüaçıq dərin quyu tapıldı - Fotolar