Bakıda özünü 6-cı mərtəbədən atmaq istəyən şəxs xilas edildi

Bakıda özünü 6-cı mərtəbədən atmaq istəyən şəxs xilas edildi

Bakıda özünü 6-cı mərtəbədən atmaq istəyən şəxs xilas edildi

Bakının Xətai rayonunda intihara cəhd olub. 

Bu barədə Polemika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Bakıda özünü 6-cı mərtəbədən atmaq istəyən şəxs xilas edildi