Bakıda ikimərtəbəli evdə partlayış oldu

Bakıda ikimərtəbəli evdə partlayış oldu

Bakıda ikimərtəbəli evdə partlayış oldu

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli mansarda tipli evin 1-ci mərtəbəsinin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.

Polemika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yaydı.

Partlayış dalğasının təsirindən evin plastikdən ibarət pəncərə çərçivələri qismən dağılıb.

Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda ikimərtəbəli evdə partlayış oldu