Azərbaycandan İrəvana künc zərbəsi: Regionda yeni yol

Azərbaycandan İrəvana künc zərbəsi: Regionda yeni yol

Azərbaycandan İrəvana künc zərbəsi: Regionda yeni yol

Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması Azərbaycanın siyasi arenadakı böyük uğurudur.

İllərdir Zəngəzu dəhlizi məsələsini uzatmağa çalışan Ermənistan bu dəfə də itirən tərəf oldu. Bu saziş ilə Azərbaycan Ermənistanın da yersiz və səbatsız siyasi hesablarını alt-üst etdi. 

Zəngəzur dəhlizindən Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etməyi planlaşdıran Ermənistan sonda özü təzyiq altında düşdü. İndi artıq Ermənistan Azərbaycan ilə Şimali Zəngəzur dəhlizinin açılmasını yeni şərtlər və şəraitdə müzakirə etməli olacaq. Bu dəhliz də açılacaq.

Polemika.az-a daanışan Milli Məclisin deputatı Elman Məmmədov düşünür ki, Azərbaycanla İran arasında imzalan memorandum hər iki dövlətin xeyirinədir:

“İnkişaf, o cümlədən iqtisadiyyatın və əlaqələrin genişlənməsi üçün bu, çox vacibdir. Hesab edirəm ki, Türkiyə də bu layihədən çox bəhrələnəcək. Hətta bu layihə vasitəsilə Türkiyənin Fars körfəzinə çıxışı da təmin olacaq. 

Dəmiryolu, avtonəqliyyat, kommunikasiyalar, bunlar çox vacib amillərdir”.

Milli Məclisin deputatı Sahib Alıyev isə bildirib ki, bu, tarixi hadisədir:

Laçın dəhlizindəki hərəkətləri Azərbaycan müəyyənləşdirəcək

“Belə bir addımın atılacağı gözlənilirdi. Yəni Zəngəzur dəhlizi işə düşdüyü halda belə Azərbaycan Zəngilanı Ordubadla birləşdirən alternativ kommunikasiyaya ehtiyac duyacaqdı. 

Çünki bizə təzyiq məqsədilə günlərin birində həmən dəhlizdə problemlər yaradılacaqdı. Alternativin mövcudluğu şəraitində isə bu, asan olmaycaq. 

Ən əsası belə olan durmda Laçın yolunda kimin hərəkət edəcəyini, necə hərəkət edəcəyini də ancaq və ancaq Azərbaycan müəyyənləşdirəcək”.

Əgər Zəngəzur dəhlizinə möhtac olsaydıq...

Elman Məmmədov əmindir ki, Zəngəzur dəhlizi məsələsi bir az ləngisə də həll olunacaq:

“Ancaq burada Azərbaycanın özünün İranla olan həmin memorandumu, Azərbaycan üçün müəyyən vəziyyətlərdə, müəyyən risklərdən sığortalanmaq deməkdir. 

Əgər tək Zəngəzur dəhlizinə möhtac olsaydıq, hansı ki, burada düşmənlərimizin xisləti və xəyanətkarlığı hamıya məlumdur, belə olan halda bunlar bəzi vaxtı orada nəyəsə mane olub, bizim üçün problem yarada bilərdilər. 

İndi alternativ və ondan da etibarlı ikinci məsələ meydana gəldi. İrandan keçən yeni dəhliz”.

Sahib Alıyev qeyd edib ki, Azərbaycanın İrandan keçməklə Şərqi Zəngəzurla Naxçıvan arasında kommunikasiya bağlantıları yaratmaq kimi bir strategiyası vardı:

Soydaşlarımızın dolanışığına da təsirsiz ötüşməyəcək

“İndiki halda isə atılan bu addım artıq geostrateji xarakter daşıyır. Çünki Ukraynadakı savaşa görə Rusiya sanksiyalarla üzləşib. Bu isə o deməkdir ki, Asiyadan Avropaya daşınacaq yüklərin böyük bir hissəsi hər iki marşrut üzrə bizim regiondan, bizim ölkədən keçə, Naxçıvan isə nəinki blokadadan tam çıxa, hətta nəqliyyat habına da çevrilə bilər. 

Həmin Anlaşma Memorandumu onu göstərir ki, çevriləcək də, çünki artıq bu, İranın da tranzit ölkə potensialını əhəmiyyətli dərəcədə artırır. 

Eyni zamanda burası da var ki, İran artıq Avropa üçün nəzərdə tutulan yüklərini (Vyana danışıqlarının gedişi göstərir ki, həmin yüklər çox böyük həcmdə artacaq) Rusiya sərhədçilərinin kontrolunda olacaq Zəngəzur dəhlizindən yan keçməklə çatdırmaq şansı əldə edir. 

Yeri gəlmişkən, önəmli olan bir də odur ki, İrandan Naxçıvana çəkiləcək yeni dəmir və quru yollarının ətrafında yaşayanların əksəriyyəti bizim soydaşlarımızdır və bu onların da dolanışığına təsirsiz ötüşməyəcək”.

Elman Məmmədovun sözlərinə görə, Ermənistan özü yalvarmalı və çalışmalıydı ki, Zəngəzur dəhlizi nə qədər mümkündürsə, tez açılsın:

“Çünki Ermənistan blokadada qalmış bir dövlətdir. Zəngəzur dəhlizi vasitəsilə onlar dünyaya çıxış tapa bilərlər. 

Bu gün “3+3” platforması ki var, o dövlətlərin beşinin dünyanın hər yerinə çıxışı var, bir bunların yoxdur. Bunlar Zəngəzur dəhlizində hamıdan çox maraqlı olmalıydılar ki, daha tez açılsın. Ancaq bunların qanında olan o murdarlıq, düşmənçilik, qərəzə və ərazi iddiaları bunların müəyəyn maraqlarına üstün gəlir. 

Hesab edirəm ki, İranla olan bu əlaqələrimizin getdikcə genişlənməsi çox vacibdir və bu, bir daha Ermənistanın pis vəziyyətdə qalmasına səbəb olan bir məsələdir”.

Sahib Alıyev onu da vurğulayıb ki, Memorandum həm də o deməkdir ki, Azərbaycan-Türkiyə-İran əlaqələrində qarşılıqlı faydaya dayanan yeni proqnozayatımlı mərhələ başlayır:

Onlar qızınmanın digər növünü də görəcəklər

“Yəni Zəngəzurla Naxçıvan arasında kommunikasiya bağlantısı sadəcə Azərbaycanla İranı deyil, Türkiyə ilə İranı da bir-birinə xeyli yaxınlaşdırır.

Heç şübhəsiz ki, Azərbaycan və Türkiyə dövlət başçılarının martın 10-da Ankaradakı 4 saatlıq görüşlərində də üzərində dayanılan məsələlərdən biri bu olmuşdu. 

Cənab İlham Əliyevin Türkiyəyə səfərindən bir gün sonra bu Memorandumun imzalanması da elə bir növ onun təsdiqidir.

Qoy Ermənistan da Avropa Parlamentinin Fransanın dəstəyi ilə qəbul etdiyi və bizim üçün heç bir önəm daşımayan kağız parçasından təsəlli tapsın. 

Qazları kəsilənlər isə onu yandırıb bir az da olsa qızına bilərlər. Onlar kimlərinsə təhrikiylə Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam etsələr, qızınmanın digər növlərini də görəcəklər”.

Rafi MÜSLÜMOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “ Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi ” istiqaməti üzrə hazırlanmışdır.  

Azərbaycandan İrəvana künc zərbəsi: Regionda yeni yol