Azərbaycanda şadlıq sarayının sahibi həbs olundu - Foto

Azərbaycanda şadlıq sarayının sahibi həbs olundu - Foto

Azərbaycanda şadlıq sarayının sahibi həbs olundu - Foto

Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Göytəpə şəhəri ərazisində yerləşən “Yaşar” şadlıq sarayında təşkil edilən şənlik mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Polemika.az-a verilən məlumata görə, aşkarlanan hallarla bağlı həmin şadlıq sarayının sahibi İltizam Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.Cəlilabadda şadlıq sarayının sahibi həbs olunub

Azərbaycanda şadlıq sarayının sahibi həbs olundu - Foto