“Azərbaycan əsgərləri 5 çadır qurdu, indi səngər qazırlar” - Sərhəddəki ermənilər

“Azərbaycan əsgərləri 5 çadır qurdu, indi səngər qazırlar” - Sərhəddəki ermənilər

“Azərbaycan əsgərləri 5 çadır qurdu, indi səngər qazırlar” - Sərhəddəki ermənilər

Ermənsitanın Nerkin Hand kəndinin sakinləri Azərbaycan əsgərlərinin bu ərazidə görünməsindən narahat olublar.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, Azərbaycan hərbçiləri 10 gün bundan əvvəl Ermənistanın Sünik vilayətində Nerkin Hand kəndinin inzibati ərazisində 5 yeni çadır qurublar.

Bu barədə məlumatı Azatutyuna kəndin icra nümayəndəsi Xaçatur Bağdasaryan verib. “Onlar kəndin inzibati ərazisinə daxil oldular, 800-900 metrə qədər bizim əraziyə endilər. Beş çadır qurdular. İndi səngər qazırlar”.

Kənd nümayəndəsinin sözlərinə görə Rusiya tərəfinə bu barədə məlumat verilib və indi onlardan reaksiya gözləyirlər:

“Bizim müdafiə xətti üzrə müvafiq rəisimiz onlarla əlaqə saxlayıb, danışıb, amma hələki bir şey yoxdur”.

Bununla belə martın 15-də Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə jurnalistin bu barədə sualına cavab verərkən deyib ki, azərbaycanlılar Ermənistanın suveren ərazisinə girməyiblər:

“Hazırda vəziyyət stabildir, amma demək olmaz ki, problem yoxdur. Yox, onlar Ermənistanın suveren ərazisinə daxil olmayıblar”.

Azatutyun yazır ki, Ermənistan Müdafiə Nazirliyindən də Azərbaycan hərbçilərinin Ermənistan ərazisinə daxil olduqlarına dair xəbərləri təsdiqləməyiblər.

Nazirliyin mətbuat xidməti bildirib ki, sözü gedən ərazi Azərbaycanın nəzarətindədir və “azərbaycanlılar sadəcə olaraq öz mövqelərinə qayıdıblar”.

Mətbuat xidmətinin məlumatında deyilir:

“Azərbaycanın nəzarətində olan bu ərazidə azərbaycanlıların bir neçə mövqeləri var. Bu mövqelərdən qış aylarında təchizata görə istifadə etmək mümkün deyil. İndi isə hava şəraitinin dəyişməsi ilə əlaqədar Azərbaycan hərbçiləri sadəcə olaraq bu mövqelərə qayıdırlar. Heç bir irəliləmədən söhbət gedə bilməz. Sərhədin həm bu, həm də qalan hissəsində Ermənistan silahlı qüvvələri, Azərbaycan silahlı qüvvələrinin istənilən hərəkətinin müşahidəsi də daxil qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirir və vəziyyəti nəzarət altında saxlayır”.

Amma Nerkin Hand kəndinin sakinləri israr edirlər ki, söhbət azərbaycanlıların qayıtmasından getmir, bu yerlərdə azərbaycanlılar olmayıblar.

Onlar bildirirlər ki, Qafan rayonu ərazisində olan bu kənd 44 günlük müharibədən sonra üç tərəfdən Azərbaycanın dayaq məntəqələri ilə əhatələnmişdi.

Azatutuyun yazdığına görə kənd sakini Mels Bağdasaryan deyir ki, heç sovet vaxtı da sərhədin hardan keçdiyi bilinmirdi: “O vaxtlar, sovet vaxtında heç kim sərhəd bilmirdi. Təxminən bilirdilər ki, bu meşədir. Amma kimin ərazisi olması bilinmirdi. Biz ordan odun yığıb gətirirdik. Amma ərazinin kimin olması bilinmirdi”.

Bağdasaryan sual edir ki, beş çadırın Azərbaycan torpağında qurulduğunu hardan bilirlər. Axı hələ sərhəd delimitasiya və demarkasiya olunmayıb:

“İndi gəlib oturublar, deyirlər ki, “bura bizimdir”. O vaxt xəritə yox idi, sərhəd yox idi. Biz sərbəst olaraq onların çöllərinə gedirdik. Onlarla birlikdə futbol oynayırdıq...”

Azatutyun yazır ki, Nerkin Hand və Azərbaycanın Kollu Razdərə kəndləri arasında dostluq çoxdan unudulub və indi ermənilər onların kəndinə yaxınlaşan azərbaycanlıları həyəcanla izləyirlər.

 

“Azərbaycan əsgərləri 5 çadır qurdu, indi səngər qazırlar” - Sərhəddəki ermənilər