"Azərbaycan ziyalıları erməni həmkarları barədə hər şeyi bilirdi" - Erməni nəşri

"Azərbaycan ziyalıları erməni həmkarları barədə hər şeyi bilirdi" - Erməni nəşri

"Azərbaycan ziyalıları erməni həmkarları barədə hər şeyi bilirdi" - Erməni nəşri

"Moskvaya görüşə gələn Azərbaycan nümayəndə heyətinə Ermənistan nümayəndə heyətinin üzvləri barədə ətraflı məlumat verilib".

Polemika.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Erməni nəşri öz mənbələrinə istinadla qeyd edib ki, nümayəndə heyətinin hər 4 üzvünün tərcümeyi-halı, tutduğu vəzifə, statusu və ictimai fəaliyyətindən xəbərdar idilər.

“Görüş zamanı onlar daha çox şey öyrənməyə çalışdılar: kim və nə vaxt vəzifəyə təyin olunub, indiki hakimiyyətlə münasibətləri necədir. Bizə maraqlı oldu ki, keçmişdə (2004, 2006 və 2008-ci illərdə) analoji görüşlərin iştirakçıları niyə bu prosesə cəlb olunmayıb. Onlar sonuncularla bağlı cinayət işlərinin başlandığını bildiriblər və taleləri ilə maraqlanıblar.

Azərbycan ziyalıları, həmçinin Ermənistan cəmiyyətinin əhval-ruhiyyəsini izlədiklərini, xüsusən də, erməni nümayəndələrinin bu görüşlərdə iştirakına mənfi təpki göstərildiyini bildiyini gizlətməyiblər.

Bu görüşdə mühüm rolu Mixail Şvıdkoy oynayıb. O, söhbətin ədəb hüdudlardan kənara çıxmaması və xoşagəlməz notla bitməməsi üçün çalışıb".

"Azərbaycan ziyalıları erməni həmkarları barədə hər şeyi bilirdi" - Erməni nəşri