Azərbaycan nefti qızıl qiymətində: 135 dolları ötdü

Azərbaycan nefti qızıl qiymətində:

Azərbaycan nefti qızıl qiymətində: 135 dolları ötdü

Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti artıb.

Polemika.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,7% və ya 7,28 dollar artaraq 135,99 dollar təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

 

 

Azərbaycan nefti qızıl qiymətində: 135 dolları ötdü