Avropa dövlətləri Ukraynaya 70 təyyarə verir

Avropa dövlətləri Ukraynaya 70 təyyarə verir

Avropa dövlətləri Ukraynaya 70 təyyarə verir

Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya Polşa aerodromlarından 70 hərbi təyyarə ötürür.

Polemika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti rəsmi "Facebook" səhifəsində məlumat yayıb.

"Ukrayna ordusu üçün 70 təyyarə! Tərəfdaşlarımız bizə "MiQ-29" və "Su-25" verir! Lazım gələrsə, onlar ukraynalı pilotların döyüş tapşırıqlarını yerinə yetirəcəkləri Polşa aerodromlarında yerləşdirilə biləcəklər".

Məlumata görə, Bolqarıstan Ukraynaya 16 "MiQ-29" qırıcısı və 14 "Su-25" hücum təyyarəsi, Polşa 28 "MiQ-29", Slovakiyaya 12 "MiQ-29" verir.

 

Avropa dövlətləri Ukraynaya 70 təyyarə verir