Atəşkəs 1 gündə 23 dəfə pozuldu: Ermənilər niyə silaha sarılıb?

Atəşkəs 1 gündə 23 dəfə pozuldu: Ermənilər niyə silaha sarılıb?

Atəşkəs 1 gündə 23 dəfə pozuldu: Ermənilər niyə silaha sarılıb?

Son günlər Ermənistan tərəfinin atəşkəsi pozması intensiv xarakter alıb. Ötən gün Kəlbəcər və Ağdam istiqamətində bölmələrimiz 23 dəfə atəşə tutulub. 

Bəzi mənbələr iddia edir ki, atəşkəsin pozulmasına səbəb qeyri-qanuni hərbi birləşmələrin Ermənistan hökumətinə tabe olmamasıdır.

Bu iddialar nə dərəcədə doğrudur? Ümumiyyətlə, ermənilərin son günlər Qarabağda ard-arda təxribatlar törətməsi nə ilə bağlıdır?

Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı Polemika.az-a açıqlama verib. O, Kəlbəcər istiqamətində qanunsuz birləşmələrin olmadığını söyləyib:

“Kəlbəcər istiqamətində qanunsuz birləşmələr fəaliyyət göstərmir. Ağdam istiqamətində isə bu iddialar doğru ola bilər. Orada daha çox qondarma silahlılardır. Lakin Kəlbəcər istiqamətində atəşkəsin pozulması birbaşa Ermənistan ordusunun məsuliyyətindədir. Görünən budur ki, Azərbaycan tərəfi imzalanan və üzərindən 15 ay keçən bəyanatın yerinə yetirilməsi üçün hərbi təzyiqləri daha da artırmalıdır. Atəş açılan hər bir mövqeyə Azərbaycan əlində olan bütün silah sistemləri vasitəsilə sarsıdıcı zərbələr endirib, həmin əraziləri azad etməli və həmin mövqelərdə Azərbaycanın bayrağını qaldırmalıyıq. Əks halda bu kimi hallar davam edəcək”.

Mehri QURBAN 

Atəşkəs 1 gündə 23 dəfə pozuldu: Ermənilər niyə silaha sarılıb?