"Ağıllı kənd"lərin əhalisi nə ilə dolanacaq? - "Çətindir, amma..."

"Ağıllı kənd"lərin əhalisi nə ilə dolanacaq?

"Ağıllı kənd"lərin əhalisi nə ilə dolanacaq? - "Çətindir, amma..."

İşğaldan azad olunmuş ərazilərimizə qayıdacaq sakinlərin məşğulluğu aktual məsələlərdən biridir. Artıq bununla bağlı ilk layihənin icrası yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Zəngilan rayonunun Ağalı kənd sakinləri təlimlərdə iştirak ediblər.

Ümumiyyətlə, yurdlarına qayıdan insanların normal dolanışığı üçün hansı addımları atmaq məqsədəuyğun olar? Qarabağda əhali üçün spesifik məşğuliyyət nədir? Azərbaycanın digər ucqar rayonlarda da bu təlimləri tətbiq etmək olarmı?

Polemika.az-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, hökumətin qarşısında duran əsas məsələlərdən biri də işğaldan azad olunmuş rayonlarda dayanıqlı məşğulluğun yaradılmasıdır:

“Bu hətta mən deyərdim ki, torpaqların işğaldan azad olunması qəədr çətin vəzifədir. Nəzərə alaq ki, regionlarda məşğulluq problemi Qarabağ münaqişəsi həll olunmazdan əvvəl də var idi. 

Bilirik ki, Azərbaycanın regionlarında həm gəlirlərin yaranması, həm də məşğulluq baxımından uğurlu siyasət aparılmayıb. ÜDM-in təqribən 90%-i Abşeron yarımadasında yaradılır və bütün gəlirlər ölkənin bu kiçik hissəsində toplanır. Qarabağ köçürüləcək ailələrin işlə təmin edilməsi, iş yerlərinin yaradılması, dayanıqlı sürətdə ölkə iqtisadiyyatına qatqısı əsas məqsədlərdən biridir. Təbii ki, ilk mərhələdə bu bölgələrin mənimsənilməsi üçün 2 əsas sənayə parkı yaradılır: Beynəlxalq Ağdam Sənaye-Texnoloji Parkı və Arazboyu Vadisi Sənaye-Texnoloji Parkı. 

Bu parklarda yerləşəcək şirkətlərin, qurulacaq istehsalların güzəştli rejmdə fəaliyyəti və stimullaşdırdırılmış iş yerləri yaradılacaq. İnsanlar bu sektorlara cəlb olunacaq təbii ki, ancaq əsas məqsəd kənd təsərrüfatı işçiliyini genişləndirməkdir. Hətta özəl investisiyaların qoyulması üçün də yetərli imkanlar olacaq.

İlkin mərhələdə məşğulluq böyük ehtimalla dövlət sektoru hesabına formalaşacaq. Lakin yüksək səviyyəli infrastrukturun qurulması, həm də “ağıllı kənd”lərin salınması və s. kimi şəraitlərin yaradılması insanların öz şəxsi bizneslərinin də qurmasına böyük şərait yaradacaq. Dövlət hazırda bölgənin təhlükəsizlik təminatını yaratmalıdır. 

İlk növbədə, enerji, nəqliyyat, kommunal, sosial infrastrukturun qurulması istiqamətində işlər aparılmalıdır ki, minimum yaşayış şərtləri formalaşsın. Bundan sonra dövlətlə bərabər özəl, xarici investorların da rolunu görəcəyik. Qarabağın əsas iqtisadiyyatı turizm, kənd təsərrüfatı və mədənçilik sənayesidir. Dövlət bu işin qulpundan tutub uğurla həyata keçirəcəksə, elə Masallıda, Şəmkirdə, Ağdaşda da gerçəkləşdirəcək. 

Əlbəttə, çətin vəzifədir, ancaq inkişaf üçün başqa alternativ yoxdur”.

Ayzel

"Ağıllı kənd"lərin əhalisi nə ilə dolanacaq? - "Çətindir, amma..."