Ağdaşda narkotacir həbs olundu

Ağdaşda narkotacir həbs olundu

Ağdaşda narkotacir həbs olundu

Ağdaşda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkum yenidən həbs olunub.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Yuxarı Ləki kənd sakini Əhmədiyə Qafarov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə keçirilən baxış zamanı sellofan torbada 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Ə.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib. 

 

 

Ağdaşda narkotacir həbs olundu