ABŞ rəsmiləri Maduronun ayağına getdi - "Səmimi söhbət oldu"

ABŞ rəsmiləri Maduronun ayağına getdi - "Səmimi söhbət oldu"

ABŞ rəsmiləri Maduronun ayağına getdi - "Səmimi söhbət oldu"

"ABŞ nümayəndə heyəti ilə gələcək danışıqların gündəliyi razılaşdırılıb".

Polemika.az "Reuters"ə istinadla xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro bildirib.

ABŞ-ın Rusiyanı əsas müttəfiqlərindən birindən ayırmaq səyləri çərçivəsində baş tutan görüş zamanı iki ölkə rəsmiləri neft sanksiyalarının yumşaldılmasını müzakirə ediblər, lakin razılaşmaya nail olmaq istiqamətində irəliləyiş azdır.

“Birləşmiş Ştatları hökumətinin nümayəndə heyəti Venesuelaya gəldi, mən onu Prezident Sarayında qəbul etdim. Görüşü ehtiramlı, səmimi, çox diplomatik kimi səciyyələndirə bilərəm”, - deyə Maduro dövlət mediasında yayımlanan çıxışında deyib.

Onun sözlərinə görə, ABŞ nümayəndələri ilə danışıqlar 2 saat davam edib.

Mənbələrin daha əvvəl "Reuters"-ə verdiyi məlumata görə, ABŞ nümayəndə heyətinə Ağ Evin Latın Amerikası üzrə baş müşaviri Xuan Qonsales, ABŞ səfiri Ceyms Stori, eləcə də ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Rocer Karstens daxil olub.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki səfərin məqsədinin enerji təhlükəsizliyi və Venesuelada həbsdə olan 9 ABŞ vətəndaşının işləri də daxil olmaqla, bir sıra məsələlər olduğunu bildirib.

"Danışıqlar davam edəcək", - deyə Maduro tarix açıqlamayıb.

ABŞ rəsmiləri Maduronun ayağına getdi - "Səmimi söhbət oldu"