"ABŞ Rusiyaya qarşı iqtisadi müharibə aparır" - Peskov

"ABŞ Rusiyaya qarşı iqtisadi müharibə aparır" - Peskov

"ABŞ Rusiyaya qarşı iqtisadi müharibə aparır" - Peskov

“Birləşmiş Ştatlar, əlbəttə, Rusiyaya iqtisadi müharibə elan edib".

Polemika.az “RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov bildirib.

Dövlət başçısının mətbuat katibi Rusiyanın hansı sahələrdə qeyri-dost ölkələrə cavab sanksiyaları tətbiq ediləcəyini açıqlamayıb.

“Sualınızı cavabsız qoyuram. Xeyr, hələlik heç bir təfərrüat verə bilmərəm. Rusiya nə edəcək? Rusiya bu vəziyyətdə ona nə lazımdırsa, onu da edəcək. Biz öz maraqlarımızı qoruyuruq, öz maraqlarımıza tam uyğun olaraq hər şeyi edəcəyik”.

 

"ABŞ Rusiyaya qarşı iqtisadi müharibə aparır" - Peskov