ABŞ Misirə 2,5 milyardlıq silah satışını təsdiqlədi

ABŞ Misirə 2,5 milyardlıq silah satışını təsdiqlədi

ABŞ Misirə 2,5 milyardlıq silah satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti çərşənbə axşamı Misirə 2,5 milyard dollarlıq silah satışını təsdiqlədiyini açıqlayıb.

Dövlət Departamenti Misir hökumətinə 2,2 milyard dollara 12 ədəd "C-130J-30 Super Hercules" təyyarəsinin və müvafiq avadanlıqların, həmçinin 355 milyon dollara üç "SPS-48" yerüstü hava hücumundan müdafiə radarının satışını təsdiqləyib.

“Təklif edilən satış Yaxın Şərqdə mühüm strateji tərəfdaş olmaqda davam edən NATO üzvü olmayan əsas müttəfiqin təhlükəsizliyini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcək”, - agentliyin press-relizində deyilir. 

ABŞ Misirə 2,5 milyardlıq silah satışını təsdiqlədi