ABŞ Belarus rəsmilərinə sanksiya tətbiq etdi

ABŞ Belarus rəsmilərinə sanksiya tətbiq etdi

ABŞ Belarus rəsmilərinə sanksiya tətbiq etdi

"Birləşmiş Ştatlar Belarus hakimiyyətinin çoxsaylı nümayəndələrinə viza məhdudiyyətləri tətbiq edir".

Polemika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bəyan edib.

Belarus səalhiyyətliləri, Vaşinqtonun fikrincə, xaricdə dissidentlərin təqibində iştirak edirlər.

“Dövlət Departamenti administrasiyanın ötən il elan etdiyi transmilli repressiyalara qarşı mübarizə aləti olan “Xaşuqci Ban” çərçivəsində Belarus vətəndaşları üçün viza məhdudiyyətləri tətbiq edir”, - deyə Dövlət Departamentinin məlumatında bildirilir.

Dövlət Departamenti rəhbəri Vaşinqtonun yeni viza sanksiyalarına məruz qalan Belarus nümayəndələrinin adlarını çəkməkdən imtina edib.

Blinkenin bəyanatına əsasən, Pekin Olimpiadasının başlaması ilə eyni vaxta təsadüf edən sanksiyalar belarus idmançılarına qarşı təqiblərə görə məsuliyyət tədbiri kimi tətbiq edilir.

Sanksiya mexanizmi "Washington Post"un jurnalisti Camal Qaşıqçının xatirəsinə adlandırılıb. O, 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki konsulluğunda öldürülüb.

ABŞ Belarus rəsmilərinə sanksiya tətbiq etdi