Abituriyentlərin nəzərinə: Bu tarixdə sınaq imtahanı keçiriləcək

Abituriyentlərin nəzərinə: Bu tarixdə sınaq imtahanı keçiriləcək

Abituriyentlərin nəzərinə: Bu tarixdə sınaq imtahanı keçiriləcək

Dekabrın 19-da ali məktəblərə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

Polemika.az xəbər verir ki, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.

Qeyd edək ki, sınaq imtahanına qeydiyyat 9 dekabr saat 23:59-dək aparılacaq. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Şəki, Mingəçevir, Bərdə, Göyçay, Füzuli, Şirvan, Xaçmaz, Lənkəran şəhərlərində təşkil olunacaq. Dekabrın 26-da keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəranda olacaq.

Nəzrin Vahid

Abituriyentlərin nəzərinə: Bu tarixdə sınaq imtahanı keçiriləcək