1992-ci ildə "İnstagram" olsaydı və balaca qızcığaz Xocalını çəksəydi... - VİDEO

1992-ci ildə "İnstagram" olsaydı və balaca qızcığaz Xocalını çəksəydi... - VİDEO

1992-ci ildə "İnstagram" olsaydı və balaca qızcığaz Xocalını çəksəydi... - VİDEO

Azərbaycanda Xocalı soyqırımı qurbanlarına həsr olunan “İnstagram” hesabı açılıb.

Polemika.az xəbər verir ki, bu barədə tanınmış aktyor Əlixan Rəcəbov məlumat verib.

“Sevinj stories” adlanan layihə kiçik bir qızın gözləri ilə Xocalı faciəsinə baxışdır.

Əgər 1992-ci ildə "İnstagram" olsaydı və kiçik bir qız bütün olanları "story"-yə çəksəydi, biz nələri görərdik? Elə bu sual üzərindən yola çıxıb səhifədə paylaşımlar edilir.

Personajlar, süjet xətti təxəyyül məhsulu olsa da, faciə real hadisələr əsasındadır. Sevinc obrazını canlandıran hamımızın “Zəhər tuluğu”nun balaca Şəmsi kimi tanıdığı qızcığazdır.

Qeyd edək ki, sözügedən layihə “Eva Stories” layihəsinin Azərbaycan adaptasiyasıdır. “İnstagram”da yayımlanan “Eva Stories” veb seriyası yəhudi qızı Eva Heymanın 1944-cü ildə nasistlərin işğalı altındakı Macarıstanda saxladığı gündəliklərinin əsasında çəkilir.

Həmin görüntüləri təqdim edirik:

 

1992-ci ildə "İnstagram" olsaydı və balaca qızcığaz Xocalını çəksəydi... - VİDEO