1928-ci ilin xəritəsi: Naxçıvandan verilən torpaqlar

1928-ci ilin xəritəsi: Naxçıvandan verilən torpaqlar

1928-ci ilin xəritəsi: Naxçıvandan verilən torpaqlar

Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası məsələsində son günlər ən çox müzakirə olunan 1926-29-cu il xəritələridir.

Polemika.az xəbər verir ki, hazırda ictimaiyyətə açıq olan xəritələrdən biri də 1928-ci il xəritəsidir. Həmin xəritədə ən çox 3 məqam diqqəti çəkir.

1. Xəritədə Ermənistan ərazisinə aid edilən toponimlərin hamısı Azərbaycan adlarıdır. Hətta indi “Yerevan” kimi yazılan şəhərin adı da olduğu kimi – İrəvan olaraq göstərilir.

2. Naxçıvanın Kərki istiqamətində sərhəd xəttində Kərkinin anklav kimi göstərilməsi yoxdur. Bu isə o deməkdir ki, Kərki tam olaraq Naxçıvan MR-in sərhədləri daxilində olub.

3. Axura yaxınlığından keçən sərhəd xətti Keşişkəndə daha yaxındır və daha sabitdir. Yeni xəritədə isə bu xəttin Naxçıvana doğru kəskin çəkilməsi və həmin hissədə ərazilərin 1928-ci ildən sonra verildiyi aydın görünür.Axar.az

1928-ci ilin xəritəsi: Naxçıvandan verilən torpaqlar