1 ayda 33 narkotacir yaxalanıb - Hesabat

1 ayda 33 narkotacir yaxalanıb - Hesabat

1 ayda 33 narkotacir yaxalanıb - Hesabat

Sabunçu rayonunda dekabr ayında keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 33 nəfər saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, narkotacirlərdən 3-ü qadındır.

Növbəti əməliyyat nəticəsində Maştağa qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Səlim Quliyev saxlanılıb. Ondan 5 kiloqram 90 qram olan marixuana götürülüb.

Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə 32 nəfər saxlanılıb. Onlardan ümümən 7 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.

1 ayda 33 narkotacir yaxalanıb - Hesabat