Ərdoğan Zelenski ilə telefonla danışdı

Ərdoğan Zelenski ilə telefonla danışdı

Ərdoğan Zelenski ilə telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Polemika.az xəbər verir ki, söhbət zamanı Ukrayna-Rusiya müharibəsində son hadisələr müzakirə olunub.

Ərdoğan ukraynalı həmkarı ilə Rusiya Prezidenti Vladimir Putini bir araya gətirmək üçün səylərini davam etdirəcəyini bildirib.

Türkiyə prezidenti Zelenski ilə görüşündə ən qısa zamanda daimi atəşkəsə nail olmağı hədəflədiklərini və müharibənin davam etdirilməsinin heç kimə fayda vermədiyini də qeyd edib.

Ərdoğan Zelenski ilə telefonla danışdı