Zərdabda narkotacir saxlanıldı

Zərdabda narkotacir saxlanıldı

Zərdabda narkotacir saxlanıldı

Zərdabda narkotik satmaq istəyən Ağdam rayon sakini saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində 38 yaşlı Orxan Aslanov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 300 qram "patı" və "şüşə" adlanan psixotrop maddə - metamfetamin, 285 qram heroin və təmiz çəkisi 3 kiloqram 120 qram olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.  

Dindirilmə zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edib.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Zərdabda narkotacir saxlanıldı