Zəngəzur dəhlizinin marşrutu: Xınzirək-Biçənək yolu

Zəngəzur dəhlizinin marşrutu:

Zəngəzur dəhlizinin marşrutu: Xınzirək-Biçənək yolu

Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan ötən gün ölkənin ictimai televiziyasına müsahibə verib.

Polemika.az xəbər verir ki, Qriqoryan Azərbaycanın qalan əraziləri ilə Naxçıvanı birləşdirəcək avtomobil yolunun keçəcəyi marşrut xətti barədə də danışıb.

"Əgər Azərbaycan Naxçıvanla əlaqə saxlamaq istəyirsə, Xınzirək-Biçənək yolundan istifadə etmək məqbuldur. Hazırda müzakirələr davam edir",- deyə Qriqoryan söyləyib.

Qeyd edək ki, Xınzirək kəndi Ermənistanın Gorus şəhəri yaxınlığında, Biçənək kəndi isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində yerləşir./Modern.az

Zəngəzur dəhlizinin marşrutu: Xınzirək-Biçənək yolu