Xankəndidə nə baş verib? - Atışma səsləri eşidilib...

Xankəndidə nə baş verib?

Xankəndidə nə baş verib? - Atışma səsləri eşidilib...

Xankəndidə separatçı hərbi birləşmələrin komandiri Samvel Babayanın oğlunun iştirakı ilə dava olub.

Polemika.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, hadisə ilə bağlı yayılan xəbərə görə tərəflər arasında atışma olub.

Bundan öncə erməni sosial şəbəkələrində Samvel Babayanın oğlunun öz yoldaşları ilə birlikdə siyasi fəal Artur Osipyanı döydüyü ilə bağlı iddialar yayılmışdı. "Hüquq-mühafizə orqanları" isə hələlik bu barədə heç bir tədbir görməyib.

Buna səbəb isə Xankəndidəki terrorbaşının yekun qərarının gözlənilməsidir.

"Polis"dən isə bildirilib ki, yanvarın 23-də saat 18:55-də Xankəndinin Teryan küçəsində dava-dalaş olması barədə məlumat daxil olub. "Təhlükəsizlik qüvvələri" yoxlamaya başlayıb, atışma iştirakçılarından izahat alınıb. 

Xankəndidə nə baş verib? - Atışma səsləri eşidilib...