Vitali Kliçko: "Kiyevdə istehkamlar tikilir"

Vitali Kliçko: "Kiyevdə istehkamlar tikilir"

Vitali Kliçko: "Kiyevdə istehkamlar tikilir"

“Hərbçilər, hüquq-mühafizə orqanları və terrorçulardan müdafiə qruplarımız paytaxtın müdafiəsini davam etdirir, şəhərdə istehkamlar tikir”.

Polemika.az xəbər verir ki, bu barədə fevralın 28-də keçirdiyi brifinqdə "Udar" partiyasının lideri, Kiyevin meri Vitali Kliçko məlumat verib.

"Kiyev özünü müdafiə etməyə davam edir. Hərbçilərimiz, hüquq-mühafizə orqanlarımız və terrorçulardan müdafiəmiz qrupları şəhərdə olan diversantları aşkar edib zərərsizləşdirməyə davam edir. Onlar paytaxtda istehkamlar tikir, strateji əhəmiyyətli müəssisə və qurumların yaxınlığında məhdudlaşdırıcı bloklar qoyurlar", - deyə Kliçko vurğulayıb.

Paytaxt meri qeyd edib ki, gecə saatlarında komendant saatı fəaliyyətini davam etdirir. 

"Gecə yenə toqquşmalar və atışmalar oldu. Bizim döyüşçülər, xüsusən də Ərazi Müdafiəsi bir neçə diversiya qruplarını zərərsizləşdirərək əsir götürdü. Nəzərinizə çatdırım ki, biz kiyevlilərin təhlükəsizliyi üçün komendant saatı tətbiq etmişik”.

Vitali Kliçko: "Kiyevdə istehkamlar tikilir"