"Uşaqların məktəbdən qovulması müəllimin qıçqırmış düşüncəsidir" - Tanınmış hüquqşünas

"Uşaqların məktəbdən qovulması müəllimin qıçqırmış düşüncəsidir"

"Uşaqların məktəbdən qovulması müəllimin qıçqırmış düşüncəsidir" - Tanınmış hüquqşünas

Ötən gün şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışlarının əks olunduğu videogörüntülər çətin tərbiyyə olunan uşaqlar mövzusunu yenidən aktuallaşdırdı.

Maraqlıdır, çətin tərbiyyə olunan uşaqlar necə islah olunmalıdır?

Bu məsələ sovet dövründə necə tənzimlənirdi? Bu kimi halların qarşsını almaq üçün hansı mübarizə üsullarından istifadə edilməlidir?

Tanınmış hüquqşünas Şəmsəddin ƏliyevPolemika.az-a açıqlamasında deyib ki, müəllimlər siniflərə vaxt keçirməyə gəlirlər:

“Sovet dövrünün ən yaxşı cəhətlərindən biri o idi ki, təhsil dövlətin nəzarətində idi. İndi isə tam fərqli vəziyyətdir. Proqramın hədsiz dərəcədə mürəkkəb olması, dərsliklərə qeyri-ciddi mövzuların salınması uşaqların beynini yükləyir. Bu da birbaşa təlim-tərbiyyə prosesinə təsir edir. Bunlar görünən tərəflərdir. İntiharlara meyil etmələr də bundan yaranır. Uşağın qəddarlaşması, ətrafa qeyri-cidd davranışlar yansıtması təhsilin nəzarətsizliyindən xəbər verir.

Müəllimlər uşaqlara hazırlıqda dərs öyrədirlər. Ona görə də müəllim sinif otağında vaxt keçirir. Ona uşağın oxuyub, oxumaması maraqlı deyil”.

Hüquqşünasın sözlərinə görə, pedaqoq əgər, sinfi idarə edə bilmirsə, çıxıb getməlidir:

“Əgər pedaqoq sinfi, auditoriyanı idarə edə bilmirsə çıxsıb getsin. Müəllimin bacarığı ondan ibarətdir ki, sinifi ələ ala bilsin. Bunu bacarmırsa, sinfi tərk etsin. Hər bir uşaq müxtəlif xasiyyətə malikdir. 14 yaşa qədər uşaq izibati və cinayət məsuliyyətinə cəlb olunmamalıdır. Uşağı döymək, tənbeh etmək olmaz.

Bir çox səbəblər var. Birincisi ailədən qaynaqlanır. Ailə öz övladlarını yetərincə, tərbiyyələndirə bilmir. Pandemiya dövründən bu günə qədər bəzi ailələrdə sosial vəziyyət çətinləşdi. Bu səbəblərdən uşaq bəzən dərs oxumaq istəmir. Valideyn də uşağın təhsili ilə maraqlana bilmir”.

Ş.Əliyev qeyd edib ki, uşaqların məktəbdən qovulması müəllimin qıcqırmış düşüncəsidir:

“Konstitutsiyada hər bir şəxsin təhsil almaq hüququ var. Yalnız şəxs özü məktəbdən imtina edə bilər. Mənim hüququmu kənarda heç kim poza bilməz. Bu yolverilməz düşüncədir. Məntiqə sığmayan addımdır. Bununla bisavad cəmiyyət yetişdirmiş olarıq. Uşağı cinayət məsuliyyətinə cəlb etmək olmaz. Uşaqların məktəbdən qovulması müəllimin qıçqırmış düşüncəsidir. Çıxarıb hara qoymalıyıq? Çıxarılsa, cinayətkar olacaq. Bəzi cinayətkar dəstələr ətrafına yeniyetmə uşaqları toplamaq istəyirlər. Oğurluğa, soyğunçuluğa sövq edirlər. Belə olmaz”.

Nəzrin Vahid

"Uşaqların məktəbdən qovulması müəllimin qıçqırmış düşüncəsidir" - Tanınmış hüquqşünas