Türkiyədə avtobus aşdı: 5 turist öldü

Türkiyədə avtobus aşdı: 5 turist öldü

Türkiyədə avtobus aşdı: 5 turist öldü

Türkiyənin Konya şəhərində turistləri daşıyan avtobus aşıb.

Polemika.az türk mediasına istinadən xəbər verir ki, qəza səhər 09:30 saatlarında baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 26 nəfər yaralanıb.

Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar. Yaralılar dərhal xəstəxanaya aparılıb.

İlkin məlumata görə, hadisəyə səbəb yolun buz bağlaması olub.

 

 

Türkiyədə avtobus aşdı: 5 turist öldü