Son dəqiqə: Yol idarəsinin əməkdaşları Tərtərdə minaya düşdü

Son dəqiqə: Yol idarəsinin əməkdaşları Tərtərdə minaya düşdü

Son dəqiqə: Yol idarəsinin əməkdaşları Tərtərdə minaya düşdü

2022-ci il 18 fevral tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Polemika.az-a verilən məlumata əsasən, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

Son dəqiqə: Yol idarəsinin əməkdaşları Tərtərdə minaya düşdü