"Şamaxı"nın ilk oyun tarixi bəlli oldu

"Şamaxı"nın ilk oyun tarixi bəlli oldu

"Şamaxı"nın ilk oyun tarixi bəlli oldu

"Keşlə" futbol komandasının "Şamaxı" adı altında eyniadlı şəhərdə keçirəcəyi ilk oyunun tarixi və başlama saatı açıqlanıb.

Polemika.az "Report"a istinadla xəbər verir ki, bu barədə Şamaxı şəhər stadionunun meneceri Elşad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv martın 18-də yeni arenada meydana çıxacaq. Həmin gün "Şamaxı" "Sumqayıt"ı qəbul edəcək. 

"Şamaxı"nın ilk oyun tarixi bəlli oldu