Salyanda minik avtomobili yoldan çıxıb aşdı, bir nəfər öldü
Salyanda minik avtomobili yoldan çıxıb aşdı, bir nəfər öldü
Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Polemika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun Stansiya yaşayış massivinin yaxınlığından keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Gornaboy rayonunun Əlirzalı kənd sakini, 1988-ci il təvəllüdlü Abbasov Elvin Eldar oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./Report