"Rusiyada, Ukraynada çoxlu dostlarım var, gecələr yuxu yatmırıq"

"Rusiyada, Ukraynada çoxlu dostlarım var, gecələr yuxu yatmırıq"

"Rusiyada, Ukraynada çoxlu dostlarım var, gecələr yuxu yatmırıq"

Ötən il pandemiya ilə əlaqədar olaraq ölkədə toyların keçirilməsi dayandırılsa da, Rusiyada toy şənliklərinə hər hansı qadağa qoyulmadığı hər kəsə məlumdur. 

Həmin ərəfədə və daha sonra azərbaycanlı toy ifaçılarının bir çoxu qazanc üçün əsasən Moskva toylarına üz tuturdu. Hazırda Rusiya ilə Ukrayna arasında müharibə gedir.

Bəs görəsən, bu müharibə azərbayvcanlı müğənnilərin toy biznesinə də zərbə vuracaqmı?

Mövzu ilə bağlı Yenisbaah.az-a danışan Əməkdar artist Ədalət Şükürov bunun yerli müğənnilərə o qədər də maddi zərər vurmayacağını deyib:

“Mənim müharibədən sonra toylarım təxirə düşmədi. Amma bu müharibənin nəinki bizə, hamıya öz mənfi təsiri olacaq. Müğənnilərə, rəssamlara, opera musiqiçiləri, aktyorlara da müharibə təsir edəcək. Bu müharibəyə görə artıq bir çox tədbir təxirə salınlır, yaxud ləğv edilir. Fikrimcə, bunun bizim ölkəyə o qədər də təsiri olmayacaq, çünki biz heç kimdən asılı olmayan bir dövlətik. Bizim özümüzün iqtisadi imkanımız var. Müharibənin Azərbaycana böyük təsiri olmayacaq”.

Sənətçi həm Rusiyada, həm də Ukraynada yaxın dostlarının olduğunu, onlara görə narahatlıq keçirdiyini bildirib:

“Müharibənin nə ilə nəticələnəcəyini demək çox çətindir. Lakin hər müharibənin sonu sülhlə nəticələnir. Heç kəs müharibə olmasını istəməzdi. Həmçinin də mən. Çünki Ukraynada, Rusiyada çox yaxın dostlarım var. Heç kimin ağlına gəlməzdi ki, qan qardaşları bir-birinə qarşı belə edəcək və belə vəziyyət yaranacaq. Biz azərbaycanlılar bunu görmüşük, bilirik ki, müharibə nədir. Ona görə də çox narahatıq. Biz gecələr də yatmırıq, xəbərləri izləyirik görək necə olacaq, vəziyyət nə yerdədir. Müharibə, ümumiyyətlə, yaxşı bir şey deyil”.  

Əsmətxanım 

"Rusiyada, Ukraynada çoxlu dostlarım var, gecələr yuxu yatmırıq"