Qohumları ilə əlbir olub iş yerindən 7 min manatlıq oğurluq etdi

Qohumları ilə əlbir olub iş yerindən 7 min manatlıq oğurluq etdi

Qohumları ilə əlbir olub iş yerindən 7 min manatlıq oğurluq etdi

Cəlilabadda işlədiyi təsərrüfatın anbarından 7000 manat dəyərində noxud oğurlayan rayon sakini saxlanılıb. Həmin şəxsin oğurluğu qohumları ilə birlikdə etdiyi müəyyən edilib. 

Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabahaz-a verilən məlumata görə, Cəlilabad rayonu sakini olan bir nəfər polisə  müraciət edərək ona məxsus anbardan 1700 kiloqram noxudun oğurlanması barədə məlumat verib.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin təsərrüfatda işləyən Seymur Qurbanov və qohumları Elşən Məmmədov və Şahmar Şahmarov müəyyən edilərək saxlanılıblar. Ayrı-ayrı vaxtlarda gecə saatlarında həmin anbardan oğurladıqları noxudu S.Qurbanovun idarə etdiyi traktorla daşıyaraq satdığı müəyyən edilib.

Qohumları ilə əlbir olub iş yerindən 7 min manatlıq oğurluq etdi