"Qazaxıstanda baş verənlərdən bir çox dövlətlər nəticələr çıxarmalıdırlar” - Deputat

"Qazaxıstanda baş verənlərdən bir çox dövlətlər nəticələr çıxarmalıdırlar”

"Qazaxıstanda baş verənlərdən bir çox dövlətlər nəticələr çıxarmalıdırlar” - Deputat

“Dost və qardaş Qazaxstanda baş verən hadisələr hər bir Azərbaycan vətəndaşını narahat edir. Son günlər dövlət qurumlarının binaları dağıdılıb, dövlət əmlakına ciddi ziyan dəyib. Bütün bunlar özlüyündə ölkə iqtisadiyyatına və ölkədə sabitliyə ciddi təsir edən məsələlərdir”.

Polemika.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, əslində Qazaxıstan son illər müstəqilliyin və dövlətçiliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atmışdı.

Qazaxıstan keçmiş MDB ölkələri arasında bir sıra sahələrdə mühüm uğurlara nail olmuş dövlətlərdən sayılırdı: “Proseslərin təhlili göstərir baş verən hadisələrdə kənar amillərin də rolu var. Bir sıra ölkələrin ayrı-ayrı dövlətlərdə marağının olması məlum məsələdir. Bir sıra hallarda bu maraqların həyata keçirilməsi üçün müəyyən təzyiq vasitələrindən, istifadə edilir. ​ Artıq ölkə rəhbərliyi sabitliyin və ictimai asayişin təmin olunması istiqamətində ciddi addımlar atır. Yaxın bir neçə gündə vəziyyətin stabilləşəcəyi gözlənilir. ​ Son illər bir sıra müsəlman ölkələrində baş verən iğtişaş və qarşıdurmalar bu ölkələrdə yalnız sabitliyin pozulması və iqtisadi tənəzzüllə müşahidə olunub”.

Millət vəkili vurğulayıb ki, Qazaxıstanda baş verən hadisələrdən bir çox region dövlətləri nəticələr çıxarmalıdırlar. Bu onu göstərir bölgədə marağı olan ayrı-ayrı dövlətlər zaman-zaman digər dövlətlərdə sabitliyi pozmağa, gərginlik yaratmağa çalışırlar. Bu məqsədlə müxtəlif metodlardan istifadə edirlər. ​ Bu baxımdan belə halların baş verməməsi üçün hamı çalışmalıdır. Hər kəs öz üzərinə düşəni etməlidir ki, belə vəziyyət heç bir ölkədə baş verməsin. 

"Qazaxıstanda baş verənlərdən bir çox dövlətlər nəticələr çıxarmalıdırlar” - Deputat