Qazaxıstan: Son saatda olanlar

Qazaxıstan: Son saatda olanlar

Qazaxıstan: Son saatda olanlar

Qazaxıstanın Almatı şəhərində gərgin vəziyyət davam etməkdədir.

Polemika.az xəbər verir ki, Almatı şəhərində gərginlik davam etməkdədir. Ölən əsgər və polis sayı 18-ə, yaralı sayı isə 748-ə çatıb.

Bu barədə Almatı Şəhər Polis idarəsinin mətbuat xidmətinin rəisi Saltanat Azirbek məlumat yayıb.

Aksiyalar zamanı 26 etirazçı öldürülüb, 1400-dən çox yaralı var. 3100-dən çox etirazçı isə saxlanılıb.

Sərhəd Xidməti Akademiyasının rəisi etirazçılar tərəfindən öldürülüb.

Qazaxıstan ordusu və KTMT sülhməramlılarının keçirdiyi əməliyyat nəticəsində Almatı hava limanı etirazçılardan geri alınıb. Lakin şəhərə tam nəzarət hələ də etirazçıların əlindədir.

Şəhər ərazisində elektrik enerjisi, mobil rabitə və internetə məhdudiyyətlər qoyulmaqda davam edir.

Digər şəhərlərdə hökumət tam nəzarəti (Almatı xaric) ələ keçirib və sakitlik hökm sürür.

Aktau və Taldıkorqan şəhərlərində atışmalar davam etsaə də, şəhərlərə bütövlükdə hökumət qüvvələri nəzarət edir.

Qazaxıstan: Son saatda olanlar