“Putin görür ki, bataqlığa saplanıb, qeyri-rusları qabağa verir" - Aqil Səmədbəyli

“Putin görür ki, bataqlığa saplanıb, qeyri-rusları qabağa verir"

“Putin görür ki, bataqlığa saplanıb, qeyri-rusları qabağa verir" - Aqil Səmədbəyli

“Türkiyədə keçirilən bir çox konfransda iştirak etmişəm. Bu konfranslar zamanı sovet ordusunda iki il xidmət etdiyimi, rus ordusu haqqında yaradılan mifin həqiqətə uyğun olmadığını söyləyirdim. Çoxları buna inanmırdı. "Axı necə olar ki, yenilməz rus ordusu bu halda olsun?" deyirdilər. İndi hər şey göz önündədir". 

Polemika.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Aqil Səmədbəyli söyləyib. O, Rusiya ordusunun hərbi-texniki bazası ilə bağlı maraqlı faktları açıqlayıb:

“Mən 1987-89-cu ildə sovet ordusunda əsgərlikdə olmuşam. Həmin vaxt tank batalyonunda xidmət edirdim. Tank anqarında 50 tank vardı. "Müharibə başladı" siqnalı veriləndə 32-si yerindən tərpənə bilmirdi. 18-i yola çıxırdı, çoxusu yolda tökülüb qalırdı. Lazım olan yerə 2-3 tank ancaq gedib çıxırdı. O dövrdə də orduda korrupsiya-rüşvət-yeyinti olub. Əsgərlər arasında da ən uğursuz, tənbəl, işə yaramaz əsgərlər ruslar idi”.

“Rus ordusu qeyri rusların sayəsində güclü idi”, - deyə siyasətçi bildirib:

“Putin görür ki, bataqlığa saplanıb, yenə qabağa qeyri-rusları verir. Çeçenlər, Suriyadan gətirdiyi terrorçular, Rusiya içində yaşayan qeyri-ruslar.....

Lakin indi Ukrayna ətçəkən, Putin isə bu maşının ağzına ətverən durumundadır. Qısacası, Rusiyanın mifi artıq öldü.Yaponiya da Kuril adalarını istəyir, daha doğrusu sahib çıxmaq qərarına gəlib. Rusiya bir az da zəifləsin, nə gözəl yeniliklər olacaq". 

“Putin görür ki, bataqlığa saplanıb, qeyri-rusları qabağa verir" - Aqil Səmədbəyli