Pensiya və maaşlarda ŞOK ARTIM: Prezident göstəriş verdi - RƏQƏMLƏR AÇIQLANIR
2025-ci ildə Azərbaycanda pensiya və maaş artımları ilə bağlı yeni qərarlar gözlənilir. Hökumətin iqtisadi inkişaf və sosial rifahı artırmaq məqsədilə həyata keçirdiyi islahatlar çərçivəsində pensiya və minimum əməkhaqqı məbləğlərinin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Bu artımların xüsusilə inflyasiyanın təsirini azaltmaq və vətəndaşların alıcılıq qabiliyyətini yüksəltmək məqsədi daşıdığı qeyd olunur. 2025-ci il üçün açıqlanacaq yeni rəqəmlər ölkə əhalisinin həyat səviyyəsinə birbaşa təsir göstərəcək və əmək bazarında gözləntiləri daha da yüksəldəcək.
Bu artımlar sosial təminatın gücləndirilməsi və insanların daha sabit gəlir əldə etmələrinə dəstək olmaq üçün nəzərdə tutulub. Hökumət nümayəndələrinin açıqlamalarına görə, pensiyaların indeksasiyası və maaş artımları həm də əmək bazarının dinamikliyini artırmaq və ölkənin sosial-iqtisadi inkişafına töhfə vermək məqsədi daşıyır. 2025-ci il üçün gözlənilən bu dəyişikliklər əhalinin rifahının yaxşılaşdırılması üçün əhəmiyyətli addım hesab olunur.
Maraqlıdır, 2025-ci ildə ölkədə pensiya və əməkhaqqı sahəsində hansı artımlar olacaq?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Ajans.az-a açıqlamasında bildirib ki, artımın dəqiq faizi inflyasiya səviyyəsi, dövlət büdcəsinin imkanları və iqtisadi inkişaf planları əsasında müəyyən ediləcək:
“2025-ci ilin dövlət büdcəsinin sosial təminat və sosial müdafiə xərclərinə 4 milyard 988 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu 2024-cü illə müqayisədə 14 faiz daha çox vəsaitin sosial təminat və sosial müdafiəyə yönəlməsi anlamına gəlir. Eyni zamanda büdcədə digər istiqamətlərdə əməkhaqqı xərclərinin olduğunu nəzərə alsaq, bütövlükdə büdcə xərclərinin 43 faizi sosial istiqamətə yönəldiləcək. Təbii ki, dövlət büdcəsi ilə yanaşı, dövlətdən kənar fond vəsaitləri də, o cümlədən Dövlət Sosial Müdafiə Fondu vasitəsilə də bu istiqamətə vəsaitinin yönləndirilməsi nəzərdə tutulub”.
Deputat qeyd edib ki, hökumət pensiya və maaş artımlarını inflyasiya təzyiqlərini yüngülləşdirmək və vətəndaşların sosial rifahını yüksəltmək məqsədilə həyata keçirmək niyyətindədir. Onun sözlərinə görə, rəsmi rəqəmlərin yaxın aylarda açıqlanacağı təqdirdə, bu artımlar ölkə əhalisinin böyük bir hissəsinə müsbət təsir göstərəcək:
“2025-ci ildə dövlət büdcəsindən sosial istiqamətə daha çox vəsaitin ayrılmasının proqnozlaşdırılması məhz növbəti il sosial paketin daha da dərinləşəcəyindən xəbər verir. Cənab prezident tərəfindən minimum əməkhaqqı və minimum pensiyanın artırılması ilə bağlı göstərişlər verilib. Noybarın 1-dək artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həm minimum əməkhaqqı və minimum pensiya haqqında təkliflər təqdim olunacaq. Bu təkliflər verildikdən sonra gələn il üçün pensiya və əməkhaqqıların nə qədər artırılacağı bəlli olacaq”.
Vüqar Bayramov əlavə edib ki, Milli Məclisdə büdcə müzakirələrində bu istiqamətdə rəqəmlərin müzakirə olunacağı bildirilir. Gölənilir ki, ƏƏSMN tərəfindən təkliflər olunduğu zaman biz də gələn il üçün pensiyaların nə qədər artırılacağı barədə məlumat verə bilərik.
What's Your Reaction?