"Paşinyan bu hərəkəti ilə Rusiyanın üzünə tüpürdü" - "Putin bunu bağışlasa..."

"Paşinyan bu hərəkəti ilə Rusiyanın üzünə tüpürdü"

"Paşinyan bu hərəkəti ilə Rusiyanın üzünə tüpürdü" - "Putin bunu bağışlasa..."

Son günlər Ermənistanın Soçi görüşündə bəyan edilmiş müddəalardan qaçması politoloqlar tərəfindən birmənalı qarşılanmayıb. Bəzi analitiklər hesab edirlər ki, Ermənistan bu addımıyla tək Azərbaycana qarşı deyil, ilk növbədə Rusiyaya qarşı saymamazlıq edir. Onların fikrincə, Paşinyanın süni bəhanələrlə danışıqlar prosesindən yayınması, Kremlin beynəlxalq imicini zədələyir. Bir sıra siyasi şərhçilər isə düşünür ki, Paşinyan bu hərəkətləriylə Putinin imzasına hörmətsizlik edir. 

Paşinyan niyə Putinin imzasına hörmətsizlik edir?

Ermənistanın baş naziri bu cəsarəti kimdən alır?

Mövcud vəziyyəti Polemika.az-a şərh edən “Azərbaycan Politoloqlar Klubu”nun rəhbəri Nadir Şəfiyev bildirib ki, əslində, Nikol Paşinyanın Vladimir Putinə yaxın olmamağı, ona kənar bir adam olmağı əzəldən məlumdur:

“Hamı bilir ki, o “Soros" Fondunun dəstəyi ilə hakimiyyətə gəlmiş insandır və kifayət qədər qərbyönümlü siyasətçidir. Bu baxımdan da hazırda onun Putinlə ünsiyyəti, davranışı, onunla iş birliyi yalnız məcburiyyət qarşısında olur. Siyasətçi olaraq o çox gözəl dərk etdi ki, əgər Putin İkinci Qarabağ savaşına müdaxilə etməsəydi, Azərbaycan Ordusu tamamilə nəzarəti əlinə almaq iqtidarında idi və bundan sonra da Paşinyana ancaq yalvarış qalırdı. Bəlkə də, elə Azərbaycan Ordusunun özü belə, Zəngəzur dəhlizini müəyyən beynəlxalq dəstəyi almaqla həyata keçirərdi və bunu təmin edərdi.

“Ermənilər Putinə xilaskar kimi baxır”

“Bu baxımdan Putinə Ermənistanın bir qismi xilaskar kimi baxır. Yəni faktiki olaraq Qarabağda yaşayan erməni icması Putinin vasitəsilə xilas edildi. Çünki bizim ordu ora girəcəkdisə, ona görə yox ki, bizim ordu onlara qarşı ağır aksiyalar keçirərdi, yox, sadəcə ona görə ki, onların özlərinin bizimlə yaşamaq istəməməsi, qorxuları, ehtiyatları və bizə olan nifrətləri ucbatından qoyub qaçacaqdılar. Necə ki, qoyub qaçmışdılar. Məhz buna görə, Paşinyan Putinlə ünsiyyətdə olmaq, onunla əməkdaşlıq etmək məcburiyyətindədir və Putinin fəaliyyətini, gücünü özlərinin xeyrinə yönəltməyə çalışır”.

“Kimin üzünə gülürsən gül, amma daxilində ona qarşı öz kinini saxlayırsan”

“Qaldı daxilə, o deyirlər, “kimin üzünə gülürsən gül, amma daxilində ona qarşı öz kinini saxlayırsan”. Yəni Paşinyanın içindəki o kin qalır, çünki o, Rusiyadan uzaqlaşmaq istəyir. Bu baxımdan onun fəaliyyətində heç bir yeilik yoxdur.

O ki qaldı görüşdən yayınmağa, mən düşünmürəm ki, o açıq şəkildə görüşdən yayınmaq istəyir. Paşinyan görüşmək istəyər, amma faktiki olaraq görüşdə yeni bir gündəlik yoxdur. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ortaya qoyub, istədiklərini bəyan edir, bu baxımdan da Paşinyan görüşdən qaça bilər. Azərbaycan onsuz da səndən qeyri-adi heç nə istəmir, biz sadəcə olaraq iki tərəfli münasibətlərin tənzimlənməsini, irəliləyişini və genişləndirilməsini istəyir və bu baxımdan da Ermənistan bizə doğru bir addım atmalıdır. Bu addımı atmamaq üçün o görüşdən yayınmağa çalışır”.

“Azərbaycan qeyri-adi heç nə istəmir”

“Qaldı görüşmək istəməsinin Putinlə bağlı olmasına, mən buna inanmıram. Çünki belə götürsək, o görüşün Putinə nə dəxli var? Əgər Qrəbdən kimsə bu görüşə real olaraq moderatorluq etmək istəsə, əgər Qərbdə kimsə bu görüşdə hər iki tərəfə təsir mexanimzlərini, rıçaqlarını əlinə almağı bacarıb ortaya düşsə, təbii ki, onda Paşinyan onun dalınca gedər ki, Putinin əlindən rıçaqlar alınır. Orada Paşinyanın, bütövlükdə Ermənistanın qeyri-adekvat maraqları, davranışı nəsə müsbət qarşılanırsa, belə olan halda təbii olaraq görüşə getmək istəyər. Amma bunlar yoxdur və hazırda Qərb də, Rusiya da Azərbaycnaın mövqeyi ilə razıdır. Onlar çox gözəl başa düşür ki, Azərbaycan qeyri-adi heç nə istəmir. Biz sizə dəhliz vermişik, əvəzində sizdən dəhliz istəyirik, sizə zəmanət vermişik, əvəzində sizdən zəmanət istəyirik. Biz qarşılıqlı şəkildə normal ünsiyyəti davam etdirmək, dövlətlərarası münasibətləri yeni müstəviyə çıxarmaq üçün sərhədlərin müəyyənləşdirilməsini istəyirik və sizdən də onu tələb edirik. Biz sizin ərazi bütövlüyünüzü tanıyırıq, baxmayaraq ki, bu bizim əzəli torpaqlarımızdır, siz də bizim ərazi bütövlüyümüzü, Qarabağ üzərində suverenliyimizi tanıyın və biz normal şəkildə fəaliyyət göstərək və sizinlə ünsiyyətdə olaq. Yəni bunu Qərbdə də başa düşürlər və artıq Putin də başa düşür və bunu istəyir. Əslində, Ermənistanın düşmən kimi gördüyü Türkiyənin özü də yalnız bunu istəyir, qeyri-adi heç nə istəmir”.

“Paşinyan bu hərəkəti ilə...”

“Əslində, bu razılıqların həyata keçirilməməməsi, faktiki olaraq Rusiyanın üzünə tüpürməkdir. Əgər Putin bunu bağışlayırsa, buna göz yumursa, bunun icrasına nail olmazsa, onda mənə elə gəlir ki, Putinin özünə də, bütövlükdə isə Rusiyanın imicinə çox ciddi zərbə olar. Məhz buna görə hesab edirəm ki, Putin bunu cavabsız qoyası deyil və təbii olaraq Azərbaycan da təzyiq göstərməlidir. Belə olan halda Ermənistan bütün müddəaları həyata keçirmək məcburiyyətində qalacaq”.

Rafi MÜSLÜMOV 

"Paşinyan bu hərəkəti ilə Rusiyanın üzünə tüpürdü" - "Putin bunu bağışlasa..."