Nazirliyin sabiq işçisindən AMEA-nın əməkdaşlarına qarşı DƏLƏDUZLUQ

Nazirliyin sabiq işçisindən AMEA-nın əməkdaşlarına qarşı

Nazirliyin sabiq işçisindən AMEA-nın əməkdaşlarına qarşı DƏLƏDUZLUQ

Təhsil Nazirliyinin sabiq işçisi Rahil Nəcəfov AMEA-nın bir neçə əməkdaşının pulunu mənimsəməkdə ittiham edilir. 

Polemika.az xəbər verir ki, bu barədə Oxu.Az-a şikayətçilər məlumat verib.

İddialara görə, Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfov akademiyanın bir neçə əməkdaşını Təhsil Nazirliyində işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların ölkəmizdə tanınacağı, dissertasiya işinin yazılacağı, eləcə də xarici nüfuzlu jurnallarda məqalələrinin dərc ediləcəyinə dair inandıraraq onlardan 3-5 min manat məbləğində pul tələb edib və əməkdaşların pulunu mənimsəyib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq.

Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəfov Rahil Nadir oğlu ilə bağlanmış əmək müqaviləsinə 19 yanvar 2021-ci il tarixindən xitam verilib.

Nazirliyin sabiq işçisindən AMEA-nın əməkdaşlarına qarşı DƏLƏDUZLUQ