Müharibədən zərər çəkmiş insanlarla necə davranmalı? - "Onlar cəmiyyətdən uzaqlaşdırılmalıdır"

Müharibədən zərər çəkmiş insanlarla necə davranmalı?

Müharibədən zərər çəkmiş insanlarla necə davranmalı? - "Onlar cəmiyyətdən uzaqlaşdırılmalıdır"

"Müharibənin olması və son zamanlarda sərhədyanı hadisələrin baş verməsi, şəhidlərimizin olması ilk növbədə döyüşlərdə iştirak edən, yaxınlarını itirən və onlara kömək edən insanlar daha çox psixoloji stress keçirdilər".

Bu fikirləri Polemika.az-a müharibə zamanı və müharibədən sonrakı dövrdə əhalinin psixoloji vəziyyəti ilə bağlı açıqlama verən psixoloq, psixoterapevt Kənan Rəhimov deyib.

Onun sözlərinə görə, müharibə zamanı əhalidə yüksək əhval-ruhiyyə müşahidə edilirdi:

"Müharibə arzuolunmaz bir hadisə olsa da torpaqlarımızı mənfur düşməndən xilas etmək üçün yeganə çıxış yolu idi. Buna baxmayaq əhalidə yüksək əhval-ruhiyyə daha çox müşahidə olunurdu.

Təbii ki döyüşlərdə iştirak edən, yaxınlarını itirən və onlara kömək edən insanların hər birində postravmatik stress pozulması müşahidə edilir. Bu üç kateqoriyada olan insalanlar müxtəlif növ stress yaşadılar. Onların daha çox psixoloji yardıma ehtiyyacları var".

Bu şəxslərin psixoloji reabilitasiyasından danışan psixoterapevt, bunun üçün xüsusi təyin olunmuş qaynar xətt və xüsusi təyin olunmuş reabilitasiya mərkəzlərinin olmasının vacibliyini qeyd edib:

"Bunun üçün ilk öncə xüsusi reabilitasiya mərkəzlərinin yaradılmasına ehtiyyac var. Onlar öncəsosial izolyasiyaedilməli, cəmiyyətdən bir az uzaqlaşmalıdırlar ki mənəvi istirahət edə bilsinlər və yaşadıqları mənfi hadisələrin artıq bitdiyini anlasınlar.

Biz dəfələrlə şahid oluruq ki, bu insanlarda keçmişdə yaşadıqları hadisələr gözlərinin önündə tam dəqiqliklər canlanır.Bu zaman onlar hirslərini cilovlaya bilmir və daha emosional reaksiya verirlər. Hətta onlar bunun öz xatirələrində canlandığını bilirlər, şüurlarını itirmirlər və hər hansı psixiki xəstlərikləri yoxdur. Amma psixoloji pozulma güclü stress təsiri nəticəsində yaranır".

Həkimin sözlərinə görə, bu insanlara psixoloji konsultasiyadan öncə sosial reabilitasiya lazımdır:

"Çətinlik yaşayan insanlar ilk öncə bu hadisələrə öz dünya görüşü və məntiqi ilə bir məna yükləməlidirlər. Hansı ki, bunları xatırlayacaqları zaman onlar ruhdan düşmür, gərginləşmir və təşvişə düşməyəcək.

Bu insanlar müharibədən sonrakı dövrdə cəmiyyətdə hansı yeri tutacağını, nə iş görəcəyi ilə bağlı fikirlərini formalaşdırmalı və ictimai məsələlərə uyğunlaşmalıdır ki, cəmiyyətdə sağlam olaraq bir fərd kimi davam edə bilsin. Günlük, həftəlik, aylıq planlarını dəqiqləşdirdikcə artıq keçmişdə baş verən hadisələri tez-tez xatırlamayacaqlar.

Yadına saldığı zaman belə bu hadisələri ağrılı-acılı xatırlamayacaq və daxildən dərin kədər hissi keçirməyəcək. Çünki bu yaşadıqlarına artıq formalaşmış bir dəyər verir və hətta yaşadıqlarını qürurla danışa bilir, emosional gərginliyi dərin hiss etmir və yaşadıqlarının Azərbaycan xalqı üçün nə qədər önəmli olduğunu dərk edir".

Onun sözlərinə görə, bu proseslər ağır proseslərdir və fərdi psixoloqlarla konsultasiya tənzimlənmiş və sistemləşmiş bir kömək deyil:

"Postravmati stressdən əziyyət çəkən insanlar üçün qeyd etdiyim kimi, xüsusi reabilitasiya mərkəzləri olmalıdır. Amma arada bir bu mövzularda kiminləsə danışmaq və düzgün mütəxəsissislərlə konsultasiya etmək onlara kömək yolu saymaq olar". 

Rufina ALİ

Müharibədən zərər çəkmiş insanlarla necə davranmalı? - "Onlar cəmiyyətdən uzaqlaşdırılmalıdır"