Müharibə təhlükəsi artır: Xarici diplomatlar Ukraynanı tərk edir

Müharibə təhlükəsi artır: Xarici diplomatlar Ukraynanı tərk edir

Müharibə təhlükəsi artır: Xarici diplomatlar Ukraynanı tərk edir

Fransa öz diplomatlarını və onların ailələrini Ukraynadan təxliyyə edir.

Polemika.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna parlamentindəki mənbələrinə istinadən yerli “Vesti” portalı yayıb.

Britaniyanın Xarici İşlər Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, Ukraynadakı əməkdaşların bəziləri Rusiya tərəfindən artan “təhdidlərə” cavab olaraq ölkəni tərk edirlər.

Eyni bu səbəbdən, ABŞ-ın Dövlət Departamenti ölkənin Kiyevdəki səfirliyində çalışan əməkdaşların ailələrinin Ukraynanı tərk etməsinə dair göstəriş verib, bəzi diplomatlara isə könüllü olaraq ölkədən getməyə icazə verib.

Qeyd edək ki, son zamanlar Qərb ölkələrində Rusiyanın Ukrayna ərazisinə hücum edəcəyinə dair fikirlər səslənir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu cür məlumatları əsassız adlandırıb.

Müharibə təhlükəsi artır: Xarici diplomatlar Ukraynanı tərk edir