Lirə ucuzlaşdı, Ərdoğan naziri işdən çıxardı

Lirə ucuzlaşdı, Ərdoğan naziri işdən çıxardı

Lirə ucuzlaşdı, Ərdoğan naziri işdən çıxardı

Türkiyənin Xəzinə və Maliyyə naziri dəyişib.

Polemika.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə sərəncamı “Resmi gazete”də dərc olunub.

Belə ki, Türkiyə Prezidentinin qərarı ilə xəzinə və maliyyə naziri Lütfi Elvan tutduğu vəzifədən azad edilib. Onun yerinə Xəzinə və Maliyyə nazirinin müavini Nurəddin Nebati təyin edilib. 

Bu təyinatın türk lirəsinin son günlər ucuzlaşması ilə əlaqəli olduğu bildirilir. 

 

 

Lirə ucuzlaşdı, Ərdoğan naziri işdən çıxardı