Karaveli karyerasını Azərbaycanda davam etdirə bilər

Karaveli karyerasını Azərbaycanda davam etdirə bilər

Karaveli karyerasını Azərbaycanda davam etdirə bilər

“Beşiktaş”ın baş məşqçisi Önder Karaveli karyerasını Azərbaycanda davam etdirə bilər.

Polemika.az fotosport-a istinadla xəbər verir ki, vaxtilə “Qarabağ”da çalışmış 48 yaşlı mütəxəssis mövsümün sonunda baş məşqçi postunu tərk edəcək. “Ağ-qaralar” onu yayda təyin olunacaq baş məşqçinin köməkçilərindən biri kimi saxlamaq niyyətindədir.

Onun “Beşiktaş”dakı fəaliyyəti Azərbaycanın bir neçə klubunun diqqətini cəlb edib. Adları açıqlanmayan Premyer Liqa təmsilçilərinin mövsümün sonunda onu baş məşqçi postuna gətirmək istədiyi iddiası var. Həmçinin AFFA-nın bəzi rəsmiləri Canni de Byazidən sonra Azərbaycan millisinin sükanı arxasına məhz Karavelinin keçməsinin tərəfdarıdır.

Karaveli karyerasını Azərbaycanda davam etdirə bilər